Məşhur amerikalı repçi həbs olundubackend

Məşhur amerikalı repçi həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Repçi Cefri Lamar Uilyams (Young Thug) ABŞ-da mütəşəkkil cinayətkarlıq və reket fəaliyyətlərində iştirak etdiyi üçün həbs edilib.

İnterpress.az xəbər verir ki, musiqiçi və daha 10 nəfər onun Atlantadakı evində saxlanılaraq həbsxanaya salınıblar. Polis sənətçinin kottecindəki divarları sındırıb, həmçinin həyətyanı sahəsini qazıb.

Bildirilir ki, bu işdə “Young Thug”dan başqa, onun qurduğu “Young Slime” bandasından daha 27 nəfər iştirak edir. O, 2012-ci ildən Atlantada fəaliyyət göstərir və ABŞ-ın məşhur “Bloods” qrupu ilə əməkdaşlıq edir.

İttihama görə, repçi və dəstənin digər üzvləri reketçilik, qətl, hücum, hədə-qorxu, quldurluq, qanunsuz narkotik vasitələrin yayılması və satışı ilə məşğul olublar.

Repçi sonuncu dəfə 2018-ci ildə qanunsuz silah saxladığına görə həbs edilib.