“Microsoft” oyunlarda döyüş və kvestlərdən sonra reklam göstərilməsi üçün patent müraciəti edib
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Microsoft” şirkəti oyunlarda boss döyüşlərindən, ara səhnələrdən, kvestlərdən və raundlardan sonra ekrana çıxacaq reklamların patenti üçün müraciət edib.
Təklif olunan sistemə əsasən, oyunçulara müəyyən müddətə və ya xüsusi bir mərhələyə qədər oyuna giriş imkanı verən “kredit” təqdim olunacaq. Həmin limit bitdikdən sonra oyuna davam edə bilmək üçün əlavə “kredit” qazandıracaq məcburi reklamlara baxmaq tələb ediləcək.

Xuraman Etibarlı
İnterpress.az






