Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaqbackend

Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq.

İnterpress.az xəbər verir ki, bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında təqdimata baxılıb və plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.