Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb.
İnterpress.az-ın xəbərinə görə, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.
Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.