Minskdə növbəti etiraz aksiyası, saxlanılanlar varbackend

Minskdə növbəti etiraz aksiyası, saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun paytaxtı Minskdə müxalifətin növbəti etiraz aksiyası keçirilib.

İnterpress.az  bildirir ki, bu barədə “TASS” xəbər verib.

İcazəsiz aksiyada 400-ə yaxın insan iştirak edib. “Vesna” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, azı 37 nəfər saxlanılıb.

Qeyd edək ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər.

 

İnterpress.az