Misir kurortlarında köpək balığı ŞOKU: Bütün dəniz ekskursiyaları LƏĞV EDİLDİ – VİDEObackend

Misir kurortlarında köpək balığı ŞOKU: Bütün dəniz ekskursiyaları LƏĞV EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirdə köpək balası təhlükəsinə görə, bütün dəniz ekskursiyaları ləğv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Misirin məşhur kurort şəhərləri olan Hürqada, Şarm-əl-Şeyx və Əl-Quseyrin çimərlikləri yaxınlığında köpək balalarının müşahidə edilməsi səbəbindən bütün dəniz gəzintiləri dayandırılıb.

Rusiyalı turistlərdən biri Hürqadadakı “Sunny Days El Palacio Resort” otelinin birbaşa yaxınlığında köpək balasını görüb. Bundan dərhal sonra xilasedicilər turistləri sudan çıxarmağa başlayıblar.

Daha bir yırtıcı isə Hürqadadakı “Old Sheraton” çimərliyinin yaxınlığında görünüb.

Rəsmi qurumlar limanların bağlanması və dəniz ekskursiyalarının ləğvini “güclü külək və fırtına” ilə əsaslandırsalar da, turistlər əsl səbəbin köpək balaları olduğuna əmindirlər.

İddia edilir ki, bulanıq su səbəbindən yırtıcılar sahilə və kurort zonalarına çox yaxınlaşırlar.

Turistlərə dənizə girməmək və yerli hakimiyyət orqanlarının təhlükəsizlik xəbərdarlıqlarına ciddi riayət etmək tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az