Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıbbackend

Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Parlamenti iyunun 24-də başa çatacaq fövqəladə vəziyyət rejimini Ukraynadakı vəziyyətlə əlaqədar daha 45 gün uzadıb.

İnterpress.az xəbər verir ki, bu qərar Moldova Parlamentinin iclasında qəbul edilib.

“Faktlar göstərir ki, qonşu ölkədə hərbi əməliyyatlar səngimir. Odur ki, Moldova Respublikası üçün təhlükəsizlik, o cümlədən iqtisadi, enerji, humanitar və hərbi risklər qalır. Bu vəziyyətdə fövqəladə vəziyyət rejiminin uzadılmasını məqsədəuyğun hesab edirik”, – Moldovanın Baş naziri Natalya Qavrilitsa deputatlar qarşısında çıxışında bildirib.