backend

Moskva sammiti təxirə salındı: Trampın Qəzza planı fonunda ərəb liderləri gələ bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani arasında telefon danışığı olub. Söhbətin əsas mövzusu oktyabrın 15-də Moskvada keçirilməsi planlaşdırılan ilk Rusiya–Ərəb sammiti olub.

Yaxın Şərqdə ABŞ prezidenti Donald Trampın Qəzza zolağında normallaşma planının aktiv mərhələyə keçməsi ilə vəziyyətin gərginləşməsi fonunda bir çox ərəb liderlərinin sammitdə şəxsən iştirak etməsinin çətin olacağı vurğulanıb.

Bununla əlaqədar sammitin daha gec tarixə keçirilməsi qərara alınıb. Yeni tarix diplomatik kanallar vasitəsilə razılaşdırılacaq və rəsmi məlumat ərəb ölkələrinin paytaxtlarına Rusiya və İraq tərəfindən göndəriləcək.