“Əl-Qaidə” yaraqlısı Moskvada təsadüfən saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskva polisi təsadüfi olaraq “Əl-Qaidə” yaraqlısını saxlayıb.
Qeyd olunur ki, yoldan təsadüfi keçən şəxsin sənədlərini yoxlayan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları beynəlxalq axtarışa verilmiş cinayətkarla rastlaşıblar.
Saxlanılan şəxsin 37 yaşlı Azərbaycan vətəndaşı Elxan İbrahimov olduğu məlum olub.
2013-cü ildə o, “Əl-Qaidə”nin yerli qolu sayılan “Cəbhət ən-Nusra” cihadçı təşkilatına qoşulmaq üçün Suriyaya gedib.
2019-cu ildə Azərbaycanın paytaxt məhkəməsi onun həbsinə order verib, bundan sonra İbrahimov Qazaxıstan vasitəsilə Rusiya Federasiyasına qaçıb.
Xuraman Etibarlı
İnterpress.az