Naxçıvanda yol qəzası olub, ölən varbackend

Naxçıvanda yol qəzası olub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində qeydə alınıb. 67-BG-464 dövlət nömrə nişanlı “Daimler Chrysler” markalı avtomobil Koroğlu dairəsində piyada keçidindən istifadə edən Babək rayon, Şəkərabad kənd sakini, 1955-ci il təvəllüdlü Səfərov Hüseyn Yaqub oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən, Babək rayon Zeynəddin kənd sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Amil Məcnun oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./Report