Nazarbayevin ömürlük vəzifələri ləğv edildibackend

Nazarbayevin ömürlük vəzifələri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının və Qazaxıstan Xalqları Assambleyasının ömürlük sədri vəzifələrindən azad edilib.

İnterpress.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Qazaxıstan parlamenti (aşağı palata) bununla bağlı düzəlişləri təsdiq edib.

Nursultan Nazarbayev Qazaxıstan Xalqları Assambleyasında sədrliyi Prezident Kasım-Jomart Tokayevə 2021-ci ildə, Təhlükəsizlik Şurasında sədrliyi isə son iğtişaşlar zamanı təhvil verib.