Nazirliyin İctimai Şurası təhsil jurnalistləri ilə görüşdü – AzEdu-da-FOTOLARbackend

Nazirliyin İctimai Şurası təhsil jurnalistləri ilə görüşdü – AzEdu-da-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

25 aprel tarixində AzEdu təhsil portalının təşkilatçılığı ilə Təhsil Nazirliyi yanında İctimai Şura və Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib.

Görüşdə İctimai Şuranın sədri Günel Səfərova, şuranın üzvü, deputat Etibar Əliyev, AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı, şuranın üzvləri Məleykə Əlizadə, Gülməmməd Məmmədov, Pərvanə Məmmədova, Rüfət Əsədzadə  və Təhsil Jurnalistləri Birliyinin üzvləri iştirak edib.

Giriş nitqi ilə söz başlayan İctimai Şuranın sədri Günel Səfərova şuranın yeni tərkibdə olan üzvləri ilə fəaliyyətə başladığı tarixdən görülən işlərə aydınlıq gətirib.

O, dekabr ayından fəaliyyətini yeniləyən İctimai Şuranın təlim-tərbiyə, məktəb, müəllim və valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində Təhsil Nazirliyi ilə bərabər müzakirələr apardığını və müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Həmçinin, jurnalistlərin fəaliyyət və işıqlandırdığı problemlərin təhsil ictimaiyyəti üçün vacib olduğunu qeyd edib və bu istiqamətdə Medianın İnkişafı Agentliyi ilə təhsil jurnalistləri arasında əlaqlərin inkişafı üçün vacib tədbirlərin görülməli olduğunu söyləyib.

Əlavə olaraq, bu zaman dilimində Təhsil İnstitutu, müxtəlif QHT-lər ilə təhsilin inkişafı üçün  vacib müzakirə və tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.

Deputat, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev bu sektorda  olan problemlərin həllinin tapılmasında jurnalistlərin rolunu vurğulayaraq, onların hazırladıqları material və digər xəbərlərin vacibliyini qeyd edib.

AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı İctimai Şura üzvləri üzvləri ilə jurnalistlər arasında müzakirələrin aparılmasının davamlı və vacib olmasını diqqətə çatdırıb.

Sonra jurnalistlər müxtəlif təkliflərini İctimai Şura üzvlərinə ünvanlayıblar.

Bu təkliflər arasında təhsil sektorunda təmsil olunan müəllim, şagird və valideynlərin qarşılaşdığı problemlər yer alıb. Həmçinin, təhsilin ali və peşə istiqamətində şəxslərin hansı çətin məqamlarla qarşılaşması kimi məsələlər də təkliflər sırasında yer tapıb.

Jurnalistlər bu kimi təklifləri İctimai Şuraya çatdıraraq onların həlli istiqamətində addımların atılması üçün vacib məsələlərlə çıxış ediblər.

İctimai Şura isə öz növbəsində jurnalistlərin təkliflərini Təhsil Naizrliyinə çatdıracaqlarını və bu tipdə olan görüşlərin davamlı olacağını söyləyib.