Netanyahu ilə bağlı qərar TƏXİRƏ SALINDIbackend

Netanyahu ilə bağlı qərar TƏXİRƏ SALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BCM İsrailin baş naziri və müdafiə nazirinin həbsinə orderlərin verilməsini təxirə salıb.

interpress.az xəbər verir ki, bu barədə cümə axşamı “Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ibtidai istintaq çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salıb.

Onun sözlərinə görə, bu addım Böyük Britaniyanın BCM-nin bu məsələ ilə bağlı yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra atılıb.

Nəticədə məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib.

“The Jerusalem Post”un yazdığına görə, BCM-in qərarından sonra bütün həbs orderlərinin verilməsi prosesi aylarla uzana bilər.

Bəzi ölkələrin məhkəmə sistemində “amicus curiae” təcrübəsi prosesdə bilavasitə iştirak etməyən müstəqil ekspertlərin sosial əhəmiyyətli məsələlərə dair rəylərini məhkəməyə təqdim etmək imkanını nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az