Netanyahu İsrail kəşfiyyat orqanlarının rəhbərlərinə ABŞ rəsmiləri ilə görüşməyi qadağan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika və İsrail rəsmilərinə istinadən “Axios” yazır.
Baş nazir Netanyahu 7 oktyabr 2023-cü ildə İsrail və HƏMAS arasında müharibə başlayandan bəri İsrail kəşfiyyat xidmətlərinin rəhbərlərinə Amerika rəsmiləri və qanunvericilərlə görüşməyi bir neçə dəfə qadağan edib. Məqsəd Amerika siyasətçilərinin İsrail kəşfiyyatından aldıqları məlumatlara nəzarət etməkdir.
Qeyd olunur ki, Netanyahu aprelin sonunda İsrailə səfər edərkən Mossad rəhbəri Barneaya ABŞ Senatının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədr müavini Rubio ilə görüşməyi qadağan edib.
ABŞ rəsmilərinin sözlərinə görə, Netanyahuda İsrail kəşfiyyat xidmətlərinə inamsızlıq artır.
Xuraman Etibarlı
İnterpress.az