“Nigarın zövqü formalaşmayıb” – Nura Suribackend

“Nigarın zövqü formalaşmayıb” – Nura Suri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nura Suri “7 Özəl” proqramında sənətçilərin geyimlərini müzakirə edib.

 

 

İnterpress.az xəbər verir ki, sənətçi “Avroviziya” qalibi, uzun müddətdir küsülü olduğu Nigar Camalı zövqsüz adlandırıb. O bildirib ki, Nigarın “mush-ap” klipindəki Merlin Monro obrazı da uğursuz alınıb:

“Orada 80-ci illərin obrazı Merlin Monro obrazından daha uğurlu idi. Nigar fərqli, maraqlı ifaçıdır. Amma zövq barəsində zövqünü formalaşdırmayan, obrazını yaratmayan ifaçıdır. Stilistlərlə işləsəydi… Ayın yarısını Londonda, yarısı Azərbaycandadır. İstəsəydi, cəh etsəydi, gözəl bir obraz yaradardı və qəbul olunardı. Hələ düşünürəm, axtarışdadı. Merlin Manro obrazı alınmayıb. Heç kim inciməsin Merlin Manro obrazı mənim Gürcüstandakı klipimdə daha yaxşı idi, stilist Syama ilə eynisini yaratmışdıq. Səmimiyyətimə inanın, heç kimə söz atmıram”.

Nura daha sonra sənətçiləri geyiminə görə sıralayıb. O, Nigarı yeddinci yerə layiq görərək “Nigar məndən inciməsin, baxmayaraq küsülüyük. Salamlaşaram, bəyənirəm, gözəl ifası olsa, paylaşacam. Merlin Monro obrazında zəiflik var idi, başqa variantım da yox idi” sözlərini əlavə edib. (Axsam.az)