Novorossiysk sakinləri binalardakı üçrəngli işıqlandırmadan QORXUYA DÜŞDÜLƏR – FOTObackend

Novorossiysk sakinləri binalardakı üçrəngli işıqlandırmadan QORXUYA DÜŞDÜLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novorossiysk sakinləri yaşayış binalarını bəzəyən bayram işıqlarından qorxuya düşüblər.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Rusiyanın Novorossiysk şəhər meriyası yaşayış binalarından birini üçrəngli işıqlandırma ilə bəzədib. Lakin yerli sakinlər bundan heç də razı deyillər, əksinə, qorxurlar.

Ruslar qorxurlar ki, Ukrayna Silahlı Qüvvələri uzaqdan cəlb edən bu işıqlandırmanı məhv etmək üçün xüsusi olaraq döyüş pilotsuz təyyarələri göndərəcək.

Bununla belə, mer müavini Yamenskov əmin edib ki, işıqlandırmanın söndürülməsi evdə həyatı daha təhlükəsiz etməyəcək.

Qeyd edək ki, dünən şəhər pilotsuz katerlərin hücumuna məruz qalıb. Bundan sonra bütün çimərliklər müvəqqəti bağlanıb.

Xuraman Etibarlı

İnterpress.az