Odessada yaşayış binasından partlamamış dron çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Ukraynanın Odessa şəhərində təhlükəli insident qeydə alınıb.
Həftə ərzində mütəxəssis-sapyorlar 24 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ilişib qalmış partlamamış pilotsuz uçuş aparatını (dron) zərərsizləşdirərək çıxarıblar.
Hadisə yerinə cəlb olunan xüsusi xidmət orqanları binada yaşayan sakinlərin təhlükəsizliyini təmin edərək, təhlükəli qurğunu oradan uzaqlaşdırıblar.
Hazırda həmin dronun mənşəyi və binaya hansı şəraitdə düşdüyü ilə bağlı müvafiq araşdırmalar aparılır.
Xuraman Etibarlı
İnterpress.az






