Oğlu amerikalı konqresmeni çıxışı zamanı pis vəziyyətə SALDI – VİDEObackend

Oğlu amerikalı konqresmeni çıxışı zamanı pis vəziyyətə SALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçı Con Rouzun oğlu atası Konqres qarşısında çıxış edərkən gülməli simalar edib.

İnterpress.az xəbər verir ki, amerikalı konqresmen çıxış edərkən oğlu mimik hərəkətlər edib.

Belə ki, 59 yaşlı respublikaçı deputat Con Rouzun altı yaşlı oğlu iyunun 3-də atası həmkarları qarşısında ABŞ-ın keçmiş prezidenti Donald Trampın mühakimə olunmasını pisləyən çıxış edərkən ağzını əyib.

Bu an kameraya düşüb və bir dəqiqədən çox davam edən video 4 iyunda Amerikanın CBS kanalı tərəfindən yayımlanıb.

Bundan sonra video internetdə sürətlə yayılıb və viral olub.

“Oğlunuzdan kamerada kiçik qardaşına gülümsəməsini xahiş edəndə belə olur”, – deyə siyasətçi vəziyyəti şərh edib.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı

İnterpress.az