Onlar ƏDV çeklərini günün sonunda öz hesablarına keçirirlər… – Ekspertbackend

Onlar ƏDV çeklərini günün sonunda öz hesablarına keçirirlər… – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mağaza və market, aptek sahibləri vətəndaşlara vermədikləri ƏDV çeklərini günün sonunda öz hesablarına keçirirlər”.
 bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli iri market şəbəkələrində əksər vətəndaşlardan gizlədilən və onlara verilməyən ƏDV çeklərindən danışarkən deyib.
Ekspertin sözlərinə görə, market şəbəkələri ƏDV-dən gələn vəsaitləri yaxın adamlarının adına köçürürlər:
“Artıq dükan sahibləri özləri də öyrəşiblər. Onlar vətəndaşlara təqdim etmədikləri ƏDV çekini toplayırlar. Günün sonunda həmin çekləri bir neçə ad altında “ƏDV-ni geri al” tətbiqindən yükləyərək vəsaiti geri, özlərinin hesabına almağa çalışırlar. Bunun başqa izahı yoxdur. Çünki kassa çeki olduqda dövriyə görmür”.
Natiq Cəfərli hesab edir ki, burada yeganə məqsəd dükan sahibi və ya onun menecerləri özlərinə yaxın 20-50 yaxın adamının adı ilə “ƏDV-ni geri al” tətbiqində geydiyyatdan keçirmək və vəsaiti öz hesabına köçürməkdir.