Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif edildibackend

Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Paralimpiya komandası üzvləri Aslanov Orxan Əlövsət oğlu və Vəliyeva Lamiyə Rövşən qızı “Şöhrət” ordeni ilə təltif olunublar.

İnterpress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Onlar Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bu ordenlə təltif ediliblər.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 1 qızıl (100 metr məsafəyə qaçış) və 1 gümüş (400 metr məsafəyə qaçış) medal qazanıb. Paraatlet Orxan Aslanov uzanluğa tullanma üzrə (T13 kateqoriyası) çempion olub.