OYGİB ilə ATBA arasında memorandum imzalandıbackend

OYGİB ilə ATBA arasında memorandum imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Odlar Yurdu Gənclər İctimai Birliyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 İnterpress.az xəbər verir ki, Odlar Yurdu Gənclər İctimai Birliyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoronduma əsasən tərəflər turizm sahəsində gənclərin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, müştərək layihələrin hazırlanması, turizm və turizm blogerliyi araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Razılaşmaya əsasən tərəflər müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkil edilməsində, müxtəlif kampaniyalarının aparılmasında, layihələrin icra olunmasında  birgə fəaliyyət göstərəcəklər.

İnterpress.az