Özbaşına arıqlamaq istəyən qadın ağır vəziyyətdə xəstəxanaya YERLƏŞDİRİLDİbackend

Özbaşına arıqlamaq istəyən qadın ağır vəziyyətdə xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 45 yaşlı qadın arıqlamaq üçün istifadə etdiyi eksperimental preparatdan sonra reanimasiyaya düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Moskvada çəkisi 130 kiloqram olan 45 yaşlı qadın yaya qədər arıqlamaq məqsədilə həkim nəzarəti olmadan qəbul etdiyi eksperimental preparatdan sonra kritik vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Məlumata görə, qadın məşqçisinin tövsiyəsi ilə hələ klinik sınaqlardan keçməmiş və heç yerdə leqal satılmayan “retatrutid” adlı preparatı internet üzərindən sifariş edib.

Qadın internetdən aldığı sertifikatlaşdırılmamış Çin istehsalı olan tozu özbaşına hazırlayaraq istifadə edib.

Doza və tərkibi naməlum olan bu vasitəni qəbul edərkən o, dietaya və spirtli içki qadağasına məhəl qoymayıb.

Belə ki, qadın axşam saatlarında acı qanadlar (qızardılmış toyuq qanadları) yeyib, pivə içib və ardından preparatdan istifadə edib.

Bu kombinasiya mədə-bağırsaq sisteminə ağır zərbə vurub. Qısa müddət sonra qadının hərarəti kəskin yüksəlib, şiddətli qusma və dözülməz bel ağrıları başlayıb.

O, kəskin pankreatit və peritonit diaqnozu ilə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyi nəticəsində qadın ölümün pəncəsindən xilas edilib və hazırda stasionar şəraitdə xüsusi müalicə pəhrizi saxlayır.

Xuraman Etibarlı

İnterpress.az