“Özümüzü aldatmayaq, Ermənistanı Aİ-də gözləmirlər” – Arutyunyanbackend

“Özümüzü aldatmayaq, Ermənistanı Aİ-də gözləmirlər” – Arutyunyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özümüzü aldatmayaq, Ermənistan bu gün Aİ-də xoş qarşılanmır”.

interpress.az xəbər verir ki, bunu Ermənistanın kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan deyib. O bildirib ki, Ermənistan üçün bir nömrəli problem fiziki təhlükəsizlik və bundan irəli gələn addımlardır.

“Biz başa düşməliyik ki, Aİ və ya AİB, bütün iqtisadi blokların arxasında hərbi blok dayanır və biri digərini tamamlayır. Biz təhlil etməliyik ki, bu hərbi bloklar ölkəmizə nə verib, nə verəcək. Biz Aİ ilə mehriban qonşuluq və iqtisadi əlaqələr qurmalıyıq, lakin AİB ilə münasibətləri korlamamalıyıq.

Biz bütün aspektlərdə Aİ-yə daxil olmağa hazır deyilik: nə iqtisadi, nə mənəvi, nə də mədəni baxımdan. Çoxlu məhdudiyyətlər var. Özümüzü aldatmayaq, bu gün Aİ bizi gözləmir.

Avropaya açılan pəncərə aldatmadır, sözümə görə üzr istəyirəm, açıq-aydın yalandır, xüsusən də bu yöndə təbliğat aparanların kim olduğuna baxanda”, – Arutyunyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az