Özünü arvad kimi təqdim edib görün NƏLƏR ETDİbackend

Özünü arvad kimi təqdim edib görün NƏLƏR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Lənkəranda sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda yaşayan S.Ə. adlı bir qadın rayon Polis Şöbəsinə müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib.

Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilib. O, özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib.

Ətrafında aparılan araşdırmalarla onun Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi müəyyən edilib.

E.Eyvazovun analoji əməllərindən zərərçəkən şəxslər varsa polisə müraciət etmələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az