Pandemiya dövründə dirilər ölülərdən qorxmalıdırmı?backend

Pandemiya dövründə dirilər ölülərdən qorxmalıdırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölü ətraf mühit üçün təhlükə kəsb etmir”.

Bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla bildirib.

Koronavirus pandemiyası başlayarkən dəfn mərasimləri xüsusi icraçıların vasitəsi ilə həyata keçirilir, məqasimə az sayda insan buraxılırdı. Doğrudur, Dünya Səhiyyə Təşkilatı meyitin virus daşıyıcısı olmadığına və heç bir təhlükə daşımadığına dair açıqlam vermişdi.

Adil Qeybulla dəfn mərasimlərinin xüsusi qayda da keçirilməsini izah edərkən pandemiya başlayan zaman heç bir ölkənin təcrübəyə malik olmadığını xatırladıb.

“Koronavirusa qədər dünyada ən təhlükəli pandemiya 1918-1920-ci illərdə yayılmış “İspan qripi” olub. İnsanlar dəhşətli epidemiya şəraitini kitablarda, filmlərdə görmüşdü. Koronavirusun birdən-birə bu cür tüğyan etməsi, ölüm hallarının artması insanları qorxutdu, psixologiyalarına təsir etdi. Lakin biz pandemiya ilə yaşamağa alışdıq.

Yadınızdadırsa, ilk vaxtlar ölən şəxslər xüsusi qaydalarla dəfn edilirdi. Sonradan məlum oldu ki, ölən şəxs ətraf üçün heç təhlükə kəsb etmir. Eyni zamanda, Azərbaycanda meyid İslam qaydalarına uyğun olaraq yuyulub dəfn olunur. Yəni heç bir real qorxu yoxdur. Virus birbaşa nəfəs yolları, hava-damcı yolu ilə keçir.

Hazırda dəfn mərasimində xüsusi qaydalara, fərqli, qoruyucu geyimə ehtiyac qalmayıb”.

Mehri Qurban

Pandemiya dövründə dirilər ölülərdən qorxmalıdırmı?