Paşinyan sülh sazişinə hazırdır, amma “şərt”lə? – Ekspertbackend

Paşinyan sülh sazişinə hazırdır, amma “şərt”lə? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin danışıq və hərəkətlərində səmimiyyət tapmaq çox çətindir. Lakin indi Azərbaycan elə bir siyasi xətt ortaya qoyub ki, bunu erməniləri sülhə məcbur etmək kimi qəbul etmək olar.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi bağlamağa hazır olması və Rusiyanın sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı təklifini qəbul etməsi barədə açıqlamalarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Nikol Paşinyanın danışıqlara hazır olmasını bildirən sözlərində “şərt” diqqəti çəkir:

“N.Paşinyan bildirir ki, danışıqlar prosesinə ATƏT-in Minsk Qrupu da cəlb edilməlidir. Yenə də qeyri-səmimilik özünü büruzə verir. Məqsəd ATƏT-in Minsk Qrupunu hər vasitə ilə canlandırmaq və yenidən tənzimləmə prosesinə cəlb etməklə, Qərbdən hamilik güdməkdir. Sözün əsl mənasında Ermənistana himayədarlıq edən Fransa və ABŞ-ın danışıqlar prosesinə cəlbi və sülhyaratma prosesini onların iştirakı ilə təmin etmək mümkün deyil. Çünki hər iki ölkə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan separatçılara hansısa status verilməsini vacib sayır”.

Politoloqun sözlərinə görə, bu açıqlama ilə Nikol Paşinyan fikir yayındırmağa və siyasi spekulyasiyalara cəhd edir:

“Paşinyanın bu sözlər məhz 16 noyabr döyüş əməliyyatından sonra deməsi onun buna məcbur olduğunu düşünməyə əsas verir. Ancaq İrəvanın bu prosesə səmimi yanaşdığını düşünmürəm. Əks halda Paşinyan ikitərəfli danışıqlara cəhd edər, Minsk Qrupunun adını çəkməzdi. Çünki nə Azərbaycan, nə də Rusiya bölgəyə Qərbin gəlişində maraqlıdır”.