Paşinyanın deputatları müxalifətin təşəbbüsünü boykot etdilərbackend

Paşinyanın deputatları müxalifətin təşəbbüsünü boykot etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın partiyası müxalifətin təşkil etdiyi iclasa qatılmayıb.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, Ermənistan Milli Məclisinin “Hayastan” fraksiyasının “Demarkasiya və delimitasiya məsələləri ilə bağlı” çağırdığı növbədənkənar iclası baş tutmayıb.

Qeyd olunur ki, buna səbəb, iclasda hakim “Mülki müqavilə” fraksiyasının deputatlarının iştirak etməməsidir.

Bildirilir ki, səsvermədə 30 deputatın səsi qeydə alınıb, lakin qanunun qəbul olunması üçün 54 səsə ehtiyac var.