Paytaxt sakini tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil veribbackend

Paytaxt sakini tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlarda olan döyüş silahlarının könüllük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktin tədbirlər davam etdirilir.

İnterpress.az-ın məlumatına görə, Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlifçaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.