Peruda etirazçılar polisi öz avtomobilində diri-diri yandırıbbackend

Peruda etirazçılar polisi öz avtomobilində diri-diri yandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun Puno departamentində yerləşən Xuliaka şəhərinin hava limanında etirazçılar bir polis əməkdaşını avtomobilində diri-diri yandırıblar.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Alberto Otarola konqresdə çıxışı zamanı bildirib.

“Bir qrup nümayişçi iki polis əməkdaşının olduğu patrul avtomobilini saxlayıb. Biri döyülüb, ikincisi isə diri-diri yandırılıb”, – A.Otarola vurğulayıb.

O söyləyib ki, hökumət növbəti üç gün ərzində Puno departamentində komendant saatı tətbiq etmək qərarına gəlib.

Qeyd edək ki, Punoda yerləşən Xuliaka şəhərinin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar yanvarın 6-da başlayıb. Nümayişçilər Prezident Dina Boluartenin istefasını və dövlət başçısı üçün yeni seçkilərin keçirilməsini tələb edirlər. Həkimlərin məlumatına görə, toqquşmalarda azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb.

2022-ci il dekabrın 7-də Prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Onların iştirakçıları yolları bağlayıb, hava limanlarını zəbt ediblər, hakimiyyət və hüquq-mühafizə orqanlarının binalarına basqın ediblər. Ötən ilin dekabrında baş verən qarşıdurmalarda 30-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.