Peskov: Putin Zelenskini Moskvaya təslim olmaq yox, danışıqlar üçün dəvət edibbackend

Peskov: Putin Zelenskini Moskvaya təslim olmaq yox, danışıqlar üçün dəvət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini Moskvaya kapitulasiya üçün deyil, danışıqlar aparmaq məqsədilə dəvət edib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Onu Moskvaya danışıqlar üçün dəvət ediblər, kapitulasiya üçün yox”, – deyə Peskov qeyd edib.

Görüş yeri kimi Moskvanın seçilməsinə dair suala cavabında Peskov vurğulayıb ki, bu, Putinin təklifi olub:

“Bu, onun təşəbbüsü idi və biz görürük ki, Zelenski bu təklifi öz xarici işlər naziri vasitəsilə rədd etdi”.