Türkiyədə peyvənd olunan vətəndaşın xəstəxananın həyətində vaksini vurdurduğu nahiyəyə zəli qoyduğu məlum olub.
Belə ki, peyvənd vurduran xanım qısa zaman ərzində həyətə çıxaraq özü ilə gətirdiyi zəlini qoluna qoyub. vəziyyətin şahidi olan tibb bacısı həyatının şokunu yaşadığını deyib.
Bu barədə sosial şəbəkə hesabında yazan tibb bacısı iş həyatı boyu belə bir şeylə üzləşmədiyini bildirib.
Peyvəndi bədəndən çıxarmaq üçün zəli, hicama, qanalma kimi müxtəlif üsullardan istifadə edənlərin olduğunu deyən Professor Güner Sönmez peyvəndi bədəndən bu şəkildə çıxarmağın heç bir mənası olmadığını qeyd edib.
