Pirallahı sakinindən heroin, “patı” və çətənə toxumları aşkarlandıbackend

Pirallahı sakinindən heroin, “patı” və çətənə toxumları aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pirallahı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Rzayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Davam etdirilən digər əməliyyat tədbirləri ilə onun yaşadığı ünvana baxış zamanı oradan heroin, metamfetamin, çətənə toxumları və iki ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Pirallahı RPŞ-də araşdırma aparılır.