Fransa polisi Paris merini korrupsiya və qeyri-qanuni qazanc əldə etməkdə ittiham edən istintaq çərçivəsində şəhər meriyasına basqın edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
“France Info”nun məlumatına görə, Milli Maliyyə Prokurorluğu (PNF) tərəfindən 2023-cü ilin noyabrında korrupsiya və korrupsiya ittihamları ilə Paris meri Anne Hidalqoya qarşı açdığı istintaq çərçivəsində Hotel de Ville kimi tanınan Paris meriyasında axtarış aparılıb.
Bələdiyyə sədri Hidalqo ona qarşı irəli sürülən ittihamlar qarşısında “rahat və arxayın olduğunu” bildirib.
Hidalqo ədalətin “həqiqəti üzə çıxaracağına” inandığını bildirib.
Korrupsiyaya qarşı mübarizə birliyi, Hidalqonun 16 oktyabr – 5 noyabr 2023-cü il tarixləri arasında Fransız Polineziyası və Yeni Kaledoniyaya səfəri zamanı bələdiyyə büdcəsindən şəxsi xərcləri üçün istifadə etdiyini və qeyri-qanuni mənfəət əldə etdiyini iddia edərək, mer əleyhinə şikayət etmişdi.
Bunun üzərinə PNF 2023-cü ilin noyabrında Hidalqoya qarşı araşdırma başlatdı.
Sakit okeandakı Fransız Polineziyası və Hind-Sakit Okeandakı Yeni Kaledoniya Fransanın xaricdəki əraziləri arasındadır.