Polisin dizi altında can verən miqrant qadına görə feministlər ayağa qalxdı – FOTObackend

Polisin dizi altında can verən miqrant qadına görə feministlər ayağa qalxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Mexikoda feminist hərəkatının yüzlərlə üzvü qadınlara qarşı polis zorakılığına etiraz yürüşü həyata keçiriblər.

Aksiyaların səbəbi kimi Meksikanın cənub-şərqində Tulum turizm bölgəsində El Salvadordan bir miqrant qadının ölməsi olub. O, həbs olunarkən polislərdən birinin dizinin altında can verib.

Külüng və çəkiclərlə silahlanan aksiyaçılar “İnqilab” abidəsindən qətlin baş verdiyi Kintana -Roo ştatının nümayəndiliyinə, oradan da Milli Saraya doğru hərəkət ediblər.

Aksiya zamanı saxlanılan və ya zərərçəkən olmayıb.

 

 

İnterpress.az