Prezident seçkiləri günü 18 yaşı tamam olacaq seçicilərin sayı açıqlanıbbackend

Prezident seçkiləri günü 18 yaşı tamam olacaq seçicilərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-də, məhz prezident seçkiləri günü 228 şəxsin 18 yaşı tamam olur və onlar məhz seçki günü səsvermə hüququ əldə edəcəklər.

İnterpress.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.

Qurum rəsmisi bildirib ki, MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var: “Hazırda bu layihəni gerçəkləşdiririk və yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik. Çalışırıq ki, onlar həmin günü xüsusilə yadda saxlasınlar”.

R.Qasımov vurğulayıb ki, seçkilərdə ilk dəfə səs verən iki zümrə seçicilər var: “Ümumiyyətlə, seçkilərdə ilk dəfə səs verənlərin sayı 407 mindən yuxarıdır. Digəri isə prezident seçkilərində ilk dəfə səs verən şəxslərdir ki, onların da sayı təxminən 590 min ətrafındadır. Prezident seçkilərində ilk dəfə səs verən 2018-ci ildən bəri, ancaq ümumilikdə ilk dəfə səs verənlər isə 2020-ci ildən hesablanan gənc seçicilərimizdir”.