Putin Özbəkistan Prezidenti ilə Əfqanıstandakı vəziyyəti müzakirə etdibackend

Putin Özbəkistan Prezidenti ilə Əfqanıstandakı vəziyyəti müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Bu barədə  Kremlin mətbuat xidməti xəbər verir.

Tərəflər regional problemlərlə bağlı, ilk növbədə, Əfqanıstanda vəziyyətin gərginləşməsi kontekstində fikir mübadiləsi aparıblar.

“İkitərəfli gündəlikdə duran məsələlər müzakirə edilərkən Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına yüksək qiymət verilib”, – məlumatda deyilir.

İki ölkənin prezidentləri gələcək əlaqələr barədə razılığa gəliblər.

 

 

        İNTERPRESS.AZ