Putin Uzaq Şərqdə PUA-lar üçün xüsusi rejim ELAN ETDİbackend

Putin Uzaq Şərqdə PUA-lar üçün xüsusi rejim ELAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2027-ci ildən Uzaq Şərqdə pilotsuz uçuş aparatları üçün xüsusi hüquqi rejim tətbiq ediləcək.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, 2027-ci il yanvarın 1-dən Uzaq Şərqdə pilotsuz uçuş aparatları üçün xüsusi hüquqi rejimin tətbiqinə başlanılmalıdır.

Putin həmçinin Uzaq Şərqdə dövlət satınalmaları üçün sadələşdirilmiş sistemin, o cümlədən marketpleyslər vasitəsilə satınalmaların sınaqdan keçirilməsini tapşırıb.

O, Rusiya və xarici alimlərin regiona cəlb olunması üçün ayrıca proqram hazırlanmasını da istəyib.

Prezident 2027-ci ilədək Uzaq Şərqə kvant rabitəsinin çəkilməsini və bütün region paytaxtlarının bu rabitə ilə təmin edilməsini tapşırıb.

Bundan başqa, Rusiya Şimal Dəniz Yolunda ilboyu naviqasiyanın təmin edilməsini hədəfləyir.

Transarktika dəhlizi ilə yükdaşımaların həcminin onilliyin sonunadək iki dəfə artaraq ildə 70 milyon tona çatdırılması planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az