Qadın iki həmkarını girov götürərək naməlum həb içməyə MƏCBUR ETDİ – Hər ikisi ÖLDÜ – VİDEObackend

Qadın iki həmkarını girov götürərək naməlum həb içməyə MƏCBUR ETDİ – Hər ikisi ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadın iki həmkarını girov götürərək onları naməlum həb içməyə məcbur edib. Hər iki qadın ölüb.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Krasnodarda çörək zavodunda anbardar işləyən qadın oyuncaq tapança ilə iki həmkarını girov götürərək naməlum həbləri içməyə məcbur edib. Qadınların hər ikisi ölüb.

45 yaşlı Yelena işçilərə nifrət edirdi, qadın tez-tez rəislərini söyür, mübahisə edirdi. İki həmkarını öldürəndən sonra o, zavodun direktorunu da öldürmək niyyətində olub.

Anbardar çörək sexinin direktoruna zəng vurub, lakin onun yerinə polis gəlib.

Qadın saxlanılaraq şöbəyə aparılıb. Faktla bağlı cinayət işi açılıb. Məlum olub ki, saxlanılan şəxs əvvəllər də oğurluq maddəsi ilə məhkum olunub.

İndi onu 20 ilə qədər həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az