Qadınların iş gününün bir saat azaldılması təklif edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı İqor Antropenko təklif irəli sürüb.
Deputat şəxsi həyatına və ya ailəsinə daha çox vaxt ayırmaq üçün qadınların iş gününün bir saat azaldılmasını təklif edib.
“Demoqrafik göstəricilərin artırılması məsələsi aktualdır, bəs gənc qız bütün gününü işdə keçirirsə, sonra evə yorğun gedirsə, şəxsi həyatı qurmağa nə vaxt vaxt tapacaq?”. – parlamentari deyib.
Antropenko bildirib ki, indi valideynlər övladlarını hərtərəfli inkişaf etdirməyə çalışırlar. Onları müxtəlif dərnəklərə və seksiyalara yazdırırlar.
“Saat 18:00-da işdən çıxıb uşaqları müşayiət etmək çox çətindir və bu yük çox vaxt qadının çiyninə düşür”, – deputat virğulayıb.
Xuraman Etibarlı
İnterpress.az