“Qarabağ savaşını Ermənistan dövləti uduzub” – Seyran Ohanyanbackend

“Qarabağ savaşını Ermənistan dövləti uduzub” – Seyran Ohanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Qarabağ ətrafında çətin hərbi-siyasi vəziyyət yaranıb. Belə bir məqamda ordu rəhbərliyinin müharibəni dayandırması doğru qərar idi”.

Bu barədə Ermənistan və “DQR”in keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.

O əlavə edib ki, Qarabağ savaşını Ermənistan dövləti uduzub: “Baş verənlərə görə mövcud hakimiyyət məsuliyyət daşıyır. Məsuliyyətin dərəcəsini isə xalq özü müəyyən etməlidir”, – deyə Ohanyan vurğulayıb.

17 siyasi təşkilatın bu gün İrəvanın Azadlıq meydanında aksiya keçirməsinə toxunan Ohanyan qeyd edib ki, xalq hökumətdən izahat tələb edir. “Ermənistan parlament respublikası üçün olduğu üçün Milli Məclis xalqa izahat verməlidir”, – deyə keçmiş müdafiə naziri bildirib.

 

İnterpress.az