“Qarabağda çox sayda konsulluğun açılmasında fayda var” – Hərbi JURNALİSTbackend

“Qarabağda çox sayda konsulluğun açılmasında fayda var” – Hərbi JURNALİST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Rəsmi Moskvanın Qarabağda konsulluq açmaq istədiyini Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinin bildirib.

 

Mövzu ilə bağlı İnterpress.az-a hərbi jurnalist Səxavət Məmməd açıqlama verib.

“Birinci bu konsulluqlarla səfirliklərin fəaliyyətinə baxmaq lazımdır. Konsulluqlar diplomatik fəaliyyətlə məşğul olmurlar. Konsulluq daha çox viza məsələlərini, digər məsələləri həll edirlər.

Xankəndidə Rusiya konsulluğunun açılmasının bir çox səbəbləri ola bilər. Onlardan biri o ola bilər ki, məsələn, orada turizm olacaq və yaxud da ki, rusların hansısa şirkətləri gəlib işləyəcək. Ümumiyyətlə, iş, viza, sənədləşmə və digər məsələləri konsulluqda daha rahat həll etmək olur.

Azərbaycanda bu məsələni çox şişirtməyə başladılar ki, Rusiya niyə orada konsulluq açır, Azərbaycana qarşı yenə də oradan hansısa bir təzyiq və təhdid kimi istifadə edə bilər”, – Səxavət Məmməd bildirib.

O qeyd edib ki, konsulluqların faydası var və gələcəkdə saylarının artması gözlənilir.

“Rusiya kimi ölkələrin Azərbaycanı təhdid etmək üçün orada konsulluq açmasına gərək yoxdur. Rusiya istədiyi formada Azərbaycana təhdid edə bilər və yaxud təzyiq göstərə bilər. Ən önəmlisi odur ki, Rusiya sülməramılarını ərazidən çıxarıb.

Hesab edirəm ki, bu konsulluq məsələsi daha çox bu sənədləşmə məsələləri və digər məsələlərlə bağlıdır. Ümumiyyətlə, düşünürəm ki, Qarabağda çoxlu sayda və digər ölkələrin konsulluqlarının açılmasında fayda var və əslində, biz onu gələcəkdə görəcəyik. Orada otellərin say artıqca, iş yerlərin say artıqca, Qarabağda çoxlu sayda konsulluqların olacağını görəcəyik”, – hərbi jurnalist vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az