Qarabağda erməni əsgərlərini daşıyan avtomobil aşıb – ölən və yaralananlar varbackend

Qarabağda erməni əsgərlərini daşıyan avtomobil aşıb – ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sarkis Qulyan işğal altında olan Dağlıq Qarabağ ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Hadisə bu gün 13:50-də baş verib. Hərbçiləri daşıyan “Ural” markalı avtomobilin aşması nəticəsində 2001-ci il təvəllüdlü Sarkis Qulyan ölüb, daha dörd əsgər yaralanıb.

Yaralılar Xankəndidəki hospitaldadırlar.