“Qazaxıstan Rusiyadan çox Çinə üstünlük verir” – Rusiya mediası – VİDEObackend

“Qazaxıstan Rusiyadan çox Çinə üstünlük verir” – Rusiya mediası – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Çinə Rusiyadan daha çox hörmət edir.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir. Si Cinpin və Vladimir Putin sammitdə iştirak edirlər.

“Si Tokayevlə şəxsən görüşüb və bundan sonra onunla çox vaxt keçirib. Amma Putin baş nazirlə görüşə göndərilib. Baxmayaraq ki, ölkələrin liderləri bir saat fərqlə gəlmişdilər. Bu o deməkdir ki, Tokayevin Putinlə heç olmasa, salamlaşmaq imkanı var idi”, – jurnalistlər qeyd ediblər.

Rusiyalı ekspertlər uzun müddətdir ki, Qazaxıstanın Çinin qanadı altına keçdiyini deyirlər. Bunu qazaxların ruslara qarşı kəskin bəyanatları, həmçinin Tokayevin özünün və ətrafının davranışları sübut edir.

Qeyd edək ki, bu gün Qazaxıstan və Çin prezidentləri 31 sənəd imzalayıblar. Sənədlər nəqliyyat, mədəniyyət, təhsil kimi sahələrdə əməkdaşlığa, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların inkişafı və artırılması üçün əməkdaşlıq üçün işçi mexanizmin yaradılmasına dair Anlaşma Memorandumu ilə bağlıdır.

Bundan əlavə, prezidentlər Pekində Qazaxıstanın, Astanada Çinin mədəniyyət mərkəzlərini açıblar. Astana Beynəlxalq Universitetinin bazasında Pekin Dil Universitetinin filialı da açılıb

Xuraman Etibarlı

İnterpress.az