Qazilərimizin göz əməliyyatları neçəyə başa gəlib? – AÇIQLAMAbackend

Qazilərimizin göz əməliyyatları neçəyə başa gəlib? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“İsraildən Azərbaycana gələn bir qrup gələn həkim Vətən müharibəsində gözündən xəsarət almış 150-yə yaxın qazimizi müayinə etdilər. 54 nəfərə protez qoyuldu, 30-dan çoxu əməliyyat edildi”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, digərlərinə müayinə və müalicə prosedurları yazılıb:

“İsraildən gələn həkimlər tərəfindən aparılan bu əməliyyatlar və protezlər üçün 1 milyon manatlıq vəsait xərclənəcəkdi. Gələn həkimlər dünyada ən güclü, peşəkar hərbi göz həkimləridir. Biz danışıqlar apardıq və bu işlərin humanitar aksiya çərçivəsində həyata keçirilməsinə nail olduq. Həkimlər bütün əməliyyatları ödənişsiz etdilər. Biz yalnız istifadə olunmuş avadanlıqların ödənişini, onların gəliş-gedişini və burada qalmasını təmin etdik”.

“Bir milyon manatlıq əməliyyatı 190 min manata həyata keçirdik”, – deyə agentlik sədri əlavə edib.

 

İnterpress.az