Qəbələdə 59 yaşlı qadını avtomobil vuraraq öldürübbackend

Qəbələdə 59 yaşlı qadını avtomobil vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən saat 18 radələrində Qəbələ rayonunun Bunud kəndi ərazisində qeydə alınıb. İslam İsbəndiyarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçən 59 yaşlı Elmira Əhmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.