Dünən gecə saatlarından baslayan leysan yağışları Qəbələdə bəzi fəsadlar törədib.
İnterpress.az xəbər verir ki, leysan nəticəsində Qəbələnin Bunud və Həzrə kəndlərində sakinlərin şəxsi təsərrüfatlarına, eləcə də kənd daxili yollara ziyan dəyib. Həyətyanı və bostan sahələrini sel basıb. Kənd daxili körpuləri sel suları yararsız hala salıb.
Leysan davam edir./APA