Qətər Əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanladıbackend

Qətər Əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

İnterpress.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına daha çox rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram”.

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə cansağlığı, rifah, qardaş ölkənizə və onun xalqına isə daha çox tərəqqi və firavanlıq arzu edirəm”.