Rusiyada ağacın koğuşunda bir sutkadan çox qalan şəxs xilas edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Leninqrad vilayətində qeyri-adi xilasetmə əməliyyatı keçirilib. Ağacın koğuşuna düşərək orada bir sutkadan çox köməksiz vəziyyətdə qalan yerli sakin xilas edilib.
Bu barədə regionun hüquq-mühafizə və təhlükəsizlik komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmin şəxs təxminən 4 metr hündürlükdə yerləşən və 2 metr dərinliyi olan ağcaqayın ağacının koğuşuna yıxılıb. O, oradan təkbaşına çıxa bilməyərək uzun müddət köməksiz qalıb.
Hadisə yerinə gələn xilasedicilər gərgin əməliyyat nəticəsində onu ağacın koğuşundan çıxarmağı bacarıblar.
Təcili tibbi yardım briqadası tərəfindən müayinə olunan şəxsin ciddi xəsarət almadığı və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığı bildirilib.
Xuraman Etibarlı
İnterpress.аz






