Mayın 16-na keçən gecə Bakının Binəqədi rayonunun Goradil qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, ağır qəzada həyatını itirən 22 yaşlı Tofiq Həsənov tələbə imiş.
O, Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin IV kursunda təhsil alırmış.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Qəzaya düşən dörd gənc dost olub.