Qırğızıstan Parlamenti buraxıldı – Seçkilər noyabrda keçiriləcəkbackend

Qırğızıstan Parlamenti buraxıldı – Seçkilər noyabrda keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın parlamenti özünü vaxtından əvvəl buraxmaq barədə qərar qəbul edib. Təşəbbüsə 84 deputat yekdilliklə səs verib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Deputat Primov bildirib ki, parlament seçkiləri plan üzrə 2026-cı ilin noyabrında keçirilməli idi, ondan bir ay sonra isə prezident seçkiləri nəzərdə tutulurdu.

Onun sözlərinə görə, siyasi gərginlik yaranmaması üçün parlament seçkilərinin daha erkən keçirilməsi vacibdir.

Buraxılmış parlamentin spikeri Turgunbek isə qeyd edib ki, prosedura uyğun olaraq növbədənkənar seçkilər 30 noyabrda keçiriləcək.

Qanuna əsasən, seçkilər buraxılma tarixindən ən azı 40 gün, ən çox isə 65 gün ərzində təşkil olunmalıdır.

Xuraman Etibarlı

İnterpress.az